Deputatlar arasında dava - 5 yaralı + Video

deputatlar-arasinda-dava
Oxunma sayı: 3143

Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların yaralanması ilə nəticələnən dava baş verib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TBMM-in Konstitusiya Komissiyasında toxunulmazlıqlara bağlı Konstitusiyaya dəyişiklik təklifinin müzakirə olunduğu zaman AK parti ilə HDP-li (PKK yönlü Xalqların Demokratik Partiyası) millət vəkilləri arasında dava olub. Bir-birinə yumruqla zərbələr vuran deputatlardan 5-i yaralanıb. Onlardan 3-nün AK Parti-li, 2-nin isə HDP-li deputat olduğu bildirilir.

Yaralı deputatlar xəstəxanaya yerləşirilib.

Qalmaqal böyüdüyünə görə toplantı növbəti günə təxirə salınıb.