Deputat terror təşkilində şübhəli bilinərək saxlanıldı

deputat-terror-teskilinde-subheli-bilinerek-saxlanildi
Oxunma sayı: 970

Venesuela kəşfiyyat xidməti terror planlaşdırmaqda şübhəli bilinən deputatı saxlayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət partiyasının liderlərindən olan Xilber Karonun saxlanılması ilə bağlı ölkənin vitse-prezidenti açıqlama verib. O bildirib ki, deputat Venesuela küçələrində terror aktları törətməyi planlaşdırıb. 

Karo, həmçinin silah saxlamaqda və qonşu Kolumbiyada qeyri-qanuni görüşlər keçirməkdə ittiham edilir.
Venesuela müxalifəti isə bəyan edib ki, hökumət deputatı saxlamaqla qanunları pozub.