Demokratlar Trampı devirmək üçün plan hazırlayıb - Russia Today açıqladı

demokratlar-trampi-devirmek-ucun-plan-hazirlayib
Oxunma sayı: 1589

ABŞ Demokratlar partiyasının nümayəndələri prezident Donald Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün plan hazırlayıblar.

Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Russia Today telekanalının saytında məlumat dərc edilib. Məlumatda qeyd edilir ki, Devid Brok tərəfindən hazırlanan sənəd Donald Trampın devrilməsi ilə bağlı strateji fəaliyyət planını özündə əks etdirir.

Həmin proqram Demokratlar partiyasının üzvləri ilə Floridadan olan investorların görüşündən sonra açıqlanıb. Təşəbbüsün müəllifləri bildirirlər ki, görülən tədbirlər Trampın 2020-ci ildə impiçmentinə gətirib çıxaracaq.

Rusiya telekanalının məlumatına görə, Tramp əleyhinə böyük bir komanda yaradılacaq. Həmin komanda onun digər ölkə liderləri ilə əlaqələrinə nəzarət edəcək, yeni administrasiyanın hər addımını izləyəcək. Daha sonra prezidentin yanlışlarını ictimai şəkildə tənqid edəcək.