Dəməşqdə partlayış - 40 ölü, 100-dən çox yaralı

demesqde-partlayis
Oxunma sayı: 1035

Suriyanın paytaxtı Dəməşqdə “Bab əs-Saqir” qəbiristanlığının yaxınlığında iki dəfə partlayış törədilib.

Qafqazinfo”nun “SANA” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin məlumatında bildirilir.

Polisin sözlərinə görə, hadisə nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

Terror aktına məsuliyyəti hələ ki, heç bir təşkilat öz üzərinə götürməyib.