Dəməşqdə növbəti toqquşma - Ölü sayı 50-ni keçdi

demesqde-novbeti-toqqusma-
Oxunma sayı: 1025

Dəməşqin şərq kənarında Suriya təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında şiddətli toqquşmalar baş verib.

Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, üsyançıların gözlənilməz hücumunun bir hissəsi olaraq paytaxtın mərkəzinə artilleriya mərmiləri və raketlər atılıb.

Hücum bazar günü erkən saatlarda maşın bombaları və intihar hücumları ilə başlayıb, fəallar bildirib. Dövlət mətbuatının məlumatına görə, gizli tunellərdən də istifadə edilib.

Suriya hərbiyyəsi deyib ki, onlar üsyançıları geri çəkilməyə məcbur edə biliblər.

Hökumət hərbi təyyarələri üsyançıların mövqelərinə 30-dan çox hava zərbəsi endirib, Böyük Britaniyada mənzillənmiş İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu bildirib. Dəməşqin yalnız bir neçə ərazisi müxalifətin nəzarətindədir.

Dəməşqdəki AFP müxbirlərinin sözlərinə görə, şəhərin müxtəlif yerlərində baş verən partlayışların fonunda ordu strateji əhəmiyyətli Abbasilər Meydanına gedən marşrutları bağlayıb. Monitorinq qrupu deyib ki, üsyançılar hökumət qüvvələrinin Barzeh, Tishreen və Qabun rayonlarında döyüşçülərə qarşı təzyiqini azaltmaq üçün hücuma başlayıb.

Ötən çərşənbə günü Dəməşqin mərkəzində əsas məhkəmə kompleksində intiharçı bomba hücumu nəticəsində azı 31 nəfər həlak olub. Sonra daha bir intiharçı hücumçu Rabweh-in qərb rayonunda restorana hücum edib və nəticədə 20-dən çox adam yaralanıb.

Hücumlar Suriya prezidenti Bəşər Əsədə qarşı üsyanın altıncı ildönümünda baş verib.