Daxili işlər naziri istefa verdi - Fransada

daxili-isler-naziri-istefa-verdi-
Oxunma sayı: 1528

Fransanın Daxili işlər naziri Bruno Le Ru istefa verib.

Qafqazinfo” TASS Agentliyinə istinadən xəbər verir ki, artıq onun yerinə təyinat da olub. Belə ki, Mattias Fekl Fransanın yeni Daxili işlər naziri təyin edilib.

Bruno Le Ru ətrafında yaranmış siyasi qalmaqal fonunda vəzifəsini buraxıb.

Bildirilir ki, nazirin iki qızı vaxtilə Fransa parlamentinin aşağı palatasında onun köməkçiləri kimi işləyib və onlara yüksək maaş yazılıb. Hazırda bu məlumat rəsmi səviyyədə araşdırılır.