Davudoğlunun 12 nazirlə birgə toplanacağı tədbir təxirə salındı

davudoglunun-12-nazirle-birge-toplanacagi-tedbir-texire-salindi
Oxunma sayı: 811

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun 12 nazirlə birgə iştirak edəcəyi tədbir təxirə salınıb.

Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə Dənizlidə baş tutacaq İqtisadiyyat Koordinasiya Şurasının iclasına baş nazir Əhməd Davudoğlunun da qatılacağı deyilirdi. Lakin son hadisələrdən sonra iclas təxirə salınıb.

Qeyd edək ki, dünən AK partiyasının keçirdiyi fövqəladə qurultayda Davudoğlu istefaya gedəcəyini açıqlayıb.

Aysel Kərimova