Davudoğlu deputatlarla vidalaşmaq üçün toplantı keçirəcək

davudoglu-deputatlarla-vidalasmaq-ucun-toplanti-kecirecek
Oxunma sayı: 1228

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mayın 22-də keçiriləcək qurultayına qədər qrup daxilində toplantı olmayacaq. Baş nazir Əhməd Davudoğlu növbəti həftələrdən birində millət vəkilləri ilə qapalı yığıncaq keçirib onlarla vidalaşacaq.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə AK partiyasının sədr müavini Bülənt Turan bildirib.

Qeyd edək ki, dünən AK partiyasının keçirdiyi fövqəladə qurultayda Davudoğlu istefaya gedəcəyini açıqlayıb.