Danimarkadan Türkiyəyə zərbə - Baş nazirin səfəri təxirə salındı

danimarkadan-turkiyeye-zerbe
Oxunma sayı: 3345

Danimarka baş naziri Lars Lekke Rasmussen türkiyəli həmkarı Binəli Yıldırımın Kopenhagen şəhərinə səfərini təxirə salıb.

Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, bu barədə danimarkalı nazir Tvitter mikrobloqunda yazıb.

“Türkiyənin Hollandiyaya qarşı cari hücumlarını nəzərə alaraq əvvəlcədən planlaşdırılmış görüş heç nə olmamış kimi baş tuta bilməz. Belə ki, türkiyəli həmkarıma görüşün təxirə salınacağını bildirdim”, - deyə L. L. Rasmussen qeyd edib.