Danimarkada ilk qadın məscidi açıldı

danimarkada-ilk-qadin-mescidi-acildi
Oxunma sayı: 856

Avqustun 26-da Kopenhagendə qadınlar tərəfindən idarə olunan ilk skandinav məscidində birinci namaz qılınıb.

Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, kişilər üçün girişin qadağan olunduğu məscid “İslam feminizmi” layihəsinin dönüş nöqtəsi hesab olunur. Altı ay əvvəl ticarət küçəsində yerləşən bir mənzildə yaradılan məscidin məqsədi qadınlara hakimiyyəti ələ ala biləcəklərini göstərməkdir.

İmam Salihə Mari Fettehin ilk vəzində yarısı müsəlman olmaqla 60-a yaxın qadın iştirak edib.