İngiltərədə təyyarə qəzası baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən məlumatına görə, təyyarə Somerset bölgəsinin Churchinford şəhəri yaxınlığında yerə düşüb.
Devonın şərqindəki Dunkeswell hava limanına gedən təyyarənin düşməsi nəticəsində 4 nəfər dünyasını dəyişib.
İngiltərə Mərkəzi Polis İdarəsi ölən şəxslərin bir ailədən olduqlarını bildirib.
Qəzanın başvermə səbəbi araşdırılır.
Son xəbərlər
Son Xəbərlər