Daha 87 miqrantın cəsədi tapıldı

daha-87-miqrantin-cesedi-tapildi
Oxunma sayı: 643

Liviya sahillərində Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən 87 qanunsuz miqrantın cəsədi aşkarlanıb.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatında bildirilir.

Həlak olanların meyiti ölkənin şimal-qərbində yerləşən Ez-Zaviya şəhəri yaxınlığında sahildə tapılıb.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın hesabatında qeyd olunur ki, 2016-cı ildə Aralıq dənizi sahillərində 5 mindən çox miqrantın cəsədi aşkarlanıb. Bu ilin əvvəlində isə ölənlərin sayı 300 nəfəri ötüb.