Daha 74 miqrantın cəsədi aşkarlanıb

daha-74-miqrantin-cesedi-askarlanib
Oxunma sayı: 894

Liviyanın Aralıq dənizi sahilində 74 miqrantın cəsədi aşkarlanıb. 

Qafqazinfo” xəbər  verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qızıl Aypara Cəmiyyəti cəsədlərin Əz-Zaviyə şəhərinin sahillərində tapıldığını vurğulayıb.

Sahil boyu daha 74 cəsəd aşkarlanıb. Bundan əlavə dənizdə meyitlərin olduğu qeyd edilib.  

Faciənin hansı şəraitdə baş verdiyi hələki məlum deyil.

Qeyd edək ki, fevralın əvvəlində baş verən rezin qayığın batması nəticəsində 300-dən çox miqrant Aralıq dənizində boğulmuşdu.