Daha 200 balina sahilə çıxıb - Fotolar

daha-200-balina-sahile-cixib
Oxunma sayı: 2744

Yeni Zelandiyanın Cənub adası sahillərinə daha 200-dən çox balina çıxıb.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "The New Zealand Herald" məlumat yayıb.

Cümə günü 400 balina sahilə çıxmışdı. Xilasedicilər və yerli sakinlər səyi nəticəsində təqribən 100 balinanı dənizə qaytarmaq mümkün olmuşdu. 300 balina isə ölmüşdü.

Bu gün isə həmin yerdən 11 km aralıda daha 200 balina sahilə çıxıb.

Hazırda sahildə yüzlərlə xilasedici və könüllülər balinalara kömək etməyə çalışır.

Qeyd edək ki, qrind balinalarının uzunluğu 4-8 metr, çəkisi isə 800 kiloqrama çata bilir.