Dağıstanda xüsusi əməliyyat - Silahlılar məhv edildi

dagistanda-xususi-emeliyyat-
Oxunma sayı: 1258

Dağıstanın Talqi qəsəbəsində xüsusi əməliyyat nəticəsində 5 yaraqlı məhv edilib.

Qafqazinfo” xəbər verir ki,  bu barədə “RİA Novosti” məlumat yayıb.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı Таlqi qəsəbəsində yaraqlıların gizləndiyi ev mühasirəyə alınıb. Onlar hüquq mühafizə orqanlarının təslim olmaq təklifinə atəş açmaqla cavab veriblər. Əməliyyat zamanı beş silahlı zərərsizləşdirilib. Öldürülənlərin şəxsiyyəti müəyyən edilir.