Dağıstanda ağır yol qəzası - 17 yaralı

dagistanda-agir-yol-qezasi
Oxunma sayı: 1031

Dağıstanın Bunay rayonunda yol qəzası baş verib.

Qafqazinfo”nun Trend-ə istinadən verdiyi xəbərə görə, yol qəzası Maxaçkala-Buynaksk yolunda baş verib. Qəzada "Lada" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub.

Nəticədə 17 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.