Coli qaradan çəhrayıya büründü - Fotolar

coli-qaradan-cehrayiya-burundu
Oxunma sayı: 2080

Hollivud ulduzu Ancelina Coli yeni rejissorluq işi olan “Əvvəl onlar atamı öldürdülər: Kamboca qızının xatirələri” (“First they killed my father: a aaughter of Cambodia remembers”) adlı müharibə mövzulu filmini təqdim etmək üçün Los-Ancelesdən Kambocaya yollanıb.

Qafqazinfo”nun “Tatler.ru”ya istinadən verdiyi məlumata görə, aktrisa Kambocaya uşaqları ilə gedib.

O, “Raffles Grand Hotel D'Angkor”da jurnalistlərə açıqlama verib: “Kamboca oğlum Meddoksun vətəni, mənim ikinci evimdir. Ona görə də filmi təqdim etmək üçün ilk olaraq buranı seçdim”.

Filmin təqdimat mərasimində Kambocanın mədəniyyət və incəsənət naziri Pxyan Sakona iştirak edib. Təqdimatdan öncə həmişə olduğu kimi qaraya bürünən Coli mərasimdə geyindiyi çəhrayı rəngli libası ilə göz oxşayıb.