Çindən ən yüksək tüstü dumanı xəbərdarlığı

cinden-en-yuksek-tustu-dumani-xeberdarligi
Oxunma sayı: 1686

Çinin paytaxtı Pekində rəsmilər bu il ərzində ən yüksək duman xəbərdarlığını elan edib.

"Qafqazinfo"nun BBC-yə istinadən məlumatına görə, bazar günü elan edilmiş “narıncı səviyyəli” xəbərdarlıq ikinci ən yüksək xəbərdarlıq səviyyəsi hesab edilir və zavodların istehsalı azaltmasını tələb edir.

Havanın çirklənməsi Çinin paytaxtı və digər böyük şəhərlərində yaşayan və işləyən insanlar üçün xroniki sağlamlıq riski yaradır.

Çinin dövlət mətbuatı xəbər verir ki, “narıncı səviyyəli” xəbərdarlığın elan edilməsi, sənaye müəssisələrinin istehsalatı azaltmasını və ya dayandırmasını tələb edir.

Tikinti sahələrinə materialları və ya tullantıları daşımaq icazəsi verilmir və şəhər yollarına ağır yük maşınlarının daxil olması qadağan edilib.

Məlumatlara görə, bəzi yerlərdə görünmə dərəcəsi bir neçə yüz metrə düşüb.

Kömürlə işləyən sənaye və istilik sistemləri, eyni zamanda tikinti meydanlarından qalxan toz, dumanın yaranmasına səbəb olub. Rütubət və küləksiz hava şəraiti də vəziyyəti daha da mürəkkəbləşdirir.

Çərşənbə gününə proqnozlaşdırılmış soyuq hava kütləsinin vəziyyəti biraz yaxşılaşdıracağı gözlənilir.