Çində şaxtada partlayış - 12 ölü

cinde-saxtada-partlayis-
Oxunma sayı: 637

Çinin Henan vilayətindəki şaxtada partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

İnsident Denfen şəhərindəki şaxtada baş verib.  Partlayış zamanı şaxtada 51 mədənçi olub. Onlardan 39-u sağ çıxa bilib. 

İlkin ehtimala görə, avadanlığın düzgün istismar edilməməsi partlayışa səbəb olub.