Çində kömür mədənində partlayış - Ölənlər var

cinde-komur-medeninde-partlayis
Oxunma sayı: 1003

Çində kömür mədənində partlayış olub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin şimal-qərbindəki Ningşia Xoi Muxtar bölgəsindəki mədəndə baş verib. Məlumata görə, partlayış nəticəsində 19 nəfər həlak olub, 1 nəfər isə itkin düşüb. Qeyd edilir ki, kömür mədəninin qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub və sahibi saxlanılıb.

Aysel Kərimova