Çində avtobusda yanğın - 30 ölü

cinde-avtobusda-yangin-
Oxunma sayı: 1363

Çinin Hunan əyalətinin mərkəzində avtobusda baş verən yanğın 30 nəfərin ölümünə səbəb olub.

Qafqazinfo” Ans press-ə istinadən xəbər verir ki, yanğın turist avtobusunda baş verib.

56 nəfər sərnişini daşıyan avtobus sürətlə hərəkət edərək arakəsməyə çırpılıb. Bildirilir ki, yanğın benzin sızması nəticəsində baş verib. Ölənlərin arasında bir neçə uşaq da var. Yanıq xəsarəti alan yaralılar isə təcili olaraq xəstəxanalara çatdırılıb.

Avtobusun sürücüsü həbs sedilib.