Çin Rusiyaya qarşı sanksiyalara qoşulub

cin-rusiyaya-qarsi-sanksiyalara-qosulub
Oxunma sayı: 2218

Çinin bütün bankları Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulublar.

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, Çinin bankları ABŞ-dakı tərəfdaşlarının etibarını itirməmək üçün Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara qoşulublar.

Çin banklarından yalnız ikisi "Exsimbank" və "Chine Development Bank" hələlik Rusiya ilə maliyyə əməliyyatları həyata keçirəcəklər.

Rusiyalı ekspertlər bunu "çinlilərin mentalitetini bilmədikləri, onların xarakterinə bələd olmadıqları" ilə əlaqələndiriblər.

Qeyd edək ki, 2015-ci ildə Çinlə Rusiya arasında bağlanmış sazişlərin böyük əksəriyyəti kağız üzərində qalıb.