Çikaqoda aeroportda təyyarə yanır

cikaqoda-aeroportda-teyyare-yanir
Oxunma sayı: 820

Çikaqonun“О’hаra” hava limanında “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi yanıb.

Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, Mayami səfərini həyata keçirməli olan təyyarədəki 161 sərnişin və 9 ekipaj üzvü təxliyə olunub.

Hazırda hadisə yerində xilasedicilər xidməti çalışır.

İlkin məlumatlara görə, yanğına səbəb mühərrikdəki nasazlıq ola bilər.