CİA rəhbəri Ərdoğanla görüşüb

cia-rehberi-erdoganla-gorusub
Oxunma sayı: 707

Türkiyədə səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) rəhbəri Mayk Pompeo Ankarada İŞİD-lə mübarizəni müzakirə edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

İlk xarici səfərini Türkiyəyə edən Pompeo burada MİT-in rəhbəri Hakan Fidanla görüş keçirib.

Daha sonra onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər. Söhbət zamanı tərəflər Suriyadakı vəziyyət və Yaxın Şərqdəki hadisələri müzakirə ediblər. Diqqət mərkəzində olan məsələ isə Türkiyə və ABŞ-ın İŞİD-lə mübarizədə əməkdaşlığı inkişaf etdirməsi, o cümlədən Rakka əməliyyatı olub.