Cənubi Koreyada qadın nazir həbs olunub

cenubi-koreyada-qadin-nazir-hebs-olunub
Oxunma sayı: 909

Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri Çoi Yun Sun korrupsiya qalmaqalı ilə bağlı həbs olunub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi komissiya tərəfindən dindirilən xanım nazir daha sonra istefa verməli olub.

Nazir ölkə başçısı Pak Kın Xenin hakimiyyətini tənqid edən mədəniyyət xadimlərinin “qara siyahı”sını hazırlamaqda ittiham edilir. Siyahıya salınan 9400 artist, musiqiçi və digər mədəniyyət xadimləri bütün növ dövlər subsidiyaları və yardımlarından məhrum ediliblər.