Çeçen döyüşçülər Suriyaya niyə göndərilib? - Kadırov açıqladı

cecen-doyusculer-suriyaya-niye-gonderilib-
Oxunma sayı: 2463

Çeçenistan prezidenti Ramzan Kadırov Suriyanın Hələb şəhərinə göndərilən çeçen hərbçilərin qarşısına qoyulan vəzifələrdən bəhs edib.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Kadırov “NTV” telekanalının efirində çıxışı zamanı bildirib ki, Rusiya Müdafiə Nazirliyinin hərbi polis batalyonuna daxil olan döyüşçülərə Ərəb Respublikasının terrorçulardan azad olunmuş ərazilərində sülhü təmin etmək tapşırılıb.

“Tatarlar, ruslar, çeçenlər orada birlikdə müsəlmanları müdafiə edirlər, xalqı müxtəlif dini cərəyanlara bölməyin qarşısını alırlar”, - deyə R. Kadırov söyləyib.