Çavuşoğludan Putinin sözlərinə dəstək - Rusiya-Türkiyə “buzları əriyir”

cavusogludan-putinin-sozlerine-destek-
Oxunma sayı: 4388

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara Rusiya-Türkiyə münasibətlərini normallaşdırmaq üçün xüsusi işçi qrupunun yaradılmasını təklif edir.

Qafqazinfo”nun Gazeta.ru-ya istinadən məlumatına görə, Çavuşoğlu xatırladıb ki, Rusiya prezidenti Vadimir Putin də bu məsələ ilə bağlı Türkiyə tərəfdən atılacaq hər hansı addımı alqışlayır:

“Biz də öz növbəmizdə hər iki ölkənin gələcək planlarını müzakirə etmək üçün işçi qrup yaratmaq fikrindəyik”.

Çavuşoğlunun sözlərinə görə, bu, formal və ya qeyri-formal formatda ola bilər. Əsas məqsəd isə yaranmş gərginliyin həll edilməsi üçün ümumi yolun tapılmasıdır.

Xatırladaq ki, bir neçə gün öncə Putin bəyan edib ki, Rusiya “Su-24” təyyarəsi ilə bağlı yaranmış qalmaqala baxmayaraq, Türkiyə ilə münasibətləri bərpa etmək istəyir. O, qeyd edib ki, bu mövzu ilə əlaqədar hələ də Türkiyənin üzrünü eşitməyib və bu ölkə dəymiş ziyanın hər hansı yolla kompensasiya olunması üçün çalışmayıb.