Çavuşoğludan ABŞ-a çağırış

cavusogludan-abs-a-cagiris
Oxunma sayı: 983

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a çağırış edib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Səfirlər Konfransının IX rəsmi açılşında iştirak edən Çavuşoğlu ABŞ-la Türkiyə arasındakı münasibətə toxunub. O, ABŞ-ın artıq bəzi səhvləri düzəldəcəyinə inandıqlarını deyib.

Nazir “İki vacib gözləntimiz var. Birincisi odur ki, FETÖ başçısı və digər rəhbərlər tezliklə ölkəmizə təhvil verilsin. İkincisi isə PKK ilə bağlıdır. Bu təşkilatın bir qolu olan YPG ilə əməkdaşlığa son veriləcəyini gözləyirik”, - bildirib.

Aysel Kərimova