Can Dündar həbs olundu

can-dundar-hebs-olundu
Oxunma sayı: 3371

Türkiyədə “Cümhuriyyət” qəzetinin rəhbəri Can Dündar və Ankara nümayəndəsi Erdem Gül həbs olunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Növbətçi İstanbul 7. Sülh Cəza Məhkəməsi hər iki şəxs barədə hökm oxuyub.

Onlar Milli Təhlükəsizlik Nazirliyinə aid humanitar yardım karvanının dayandırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yaymaqda günahlandırılıblar.

Dündar və Gül icra edilən istintaq daxilində həbs olunub.