Bu ölkədə terror təhlükəsi elan olundu

bu-olkede-terror-tehlukesi-elan-olundu
Oxunma sayı: 1032

İsveçrədə yüksək terror təhlükəsi səviyyəsi elan olunub.

"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gi Parmelen məlumat verib.

"Hətta bu yay baş verən terror aktlarına qədər (Fransa, Belçika, Almaniya və digər ölkələrdə, – red.) bütün araşdırmalar artan təhlükədən xəbər verirdi. Bu, həm də təsadüf nəticəsində eyni vaxtda həmin yerdə olmayan nümayəndəliklərimiz və hətta həmvətənlərimizin təhlükəsizliyini təmin etmək bizim borcumuzdur", - deyə o bildirib.

Parmelen, həmçinin qeyd edib ki, qeyri-stabil vəziyyət təkcə İsveçrədə deyil, bütün dünyada qalmaqdadır.