Bu ölkədə burka istehsalı və satışı qadağan olundu

bu-olkede-burka-istehsali-ve-satisi-qadagan-olundu
Oxunma sayı: 2295

Mərakeşdə təhlükəsizlik tədbirləri səbəbindən burkanın istehsalı, satışı və idxalı qadağan olunub.

Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, bazar ertəsi günü iş yerlərinin sahiblərinə 48 saat içində əllərindəki ehtiyatları məhv etmələri tələb olunan məktub göndərilib.

Hökumət rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Kral VI. Məhəmmədin rəhbərliyi etdiyi Mərakeşdə verilən fərqli reaksiyalara səbəb olub.

Ölkənin keçmiş Ailə və Sosial İnkişaf naziri Nouzha Skalli qadağanın “dini radikallığın inkişafına qarşı mübarizədə əhəmiyyətli bir addım” olduğunu vurğulayıb.