Bu ölkə üçün viza rejimi ləğv edildi - Kanadada

bu-olke-ucun-viza-rejimi-legv-edildi-
Oxunma sayı: 2268

Kanada hökuməti Meksika vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv edir.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Meksika prezidenti Enrike Penya Nietonu Kanadaya səfəri zamanı baş nazir Castin Tryudo ilə görüşüb. Sözügedən məsələ ilə bağlı razılıq hər iki dövlət rəsmisinin görüşü zamanı əldə edilib. Bildirilir ki, qərara əsasən, meksikalılara tətbiq edilən viza rejimi dekabrın 1-dən ləğv ediləcək.

Qeyd edək ki, 2009-cu ildən etibarən Meksika vətəndaşlarının Kanadaya səfər etməsi üçün viza rejimi tətbiq edilirdi.

Aysel Kərimova