Bu ölkə Türkiyə ilə bağlı xəbərdarlığını ləğv etdi

bu-olke-turkiye-ile-bagli-xeberdarligini-legv-etdi
Oxunma sayı: 1958

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda törədilən terror aktından sonra vətəndaşlarına Türkiyəyə səyahət etməmələri ilə bağlı xəbərdarlıq etmişdi.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, BƏƏ-nin Xarici işlər Nazirliyi bu gün yaydığı açıqlamada bu xəbərdarlığın ləğv olunduğunu bildirib.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.

Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov bu gün həbs olunub.