Bu ölkə də Suriyaya ordu göndərir

bu-olke-de-suriyaya-ordu-gonderir
Oxunma sayı: 1690

Səudiyyə Ərəbistanı Suriyaya ordu göndərir.

Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkənin XİN rəhbəri Adil əl-Cubeyr Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə açıqlamasında bildirib.

“Krallıq və Körfəz ölkələri göndərəcəyi özəl qüvvələr ilə ABŞ-ın yanında olacağını bəyan edib. Həm də terror və radikalizmə qarşı bəzi İslam ölkələri də əsgər göndərməyə hazırdılar”, - deyə nazir söyləyib.

Donald Tramp hökumətinin Suriya ilə bağlı planlarının qısa zaman ərzində həyata keçiriləcəyini bəyan edən əl-Cubeyr ABŞ-la birlikdə İŞİD terror təşkilatına qarşı mübarizə aparacaqlarını bildirib: “Əsas düşüncəmiz bölgələri İŞİD-dən xilas etmək, eləcə də buraları İran, Hizbullah və ya rejimin əlinə buraxmamaqdır”.