“Bu, dünyaya müsbət təsir edəcək” - Lavrov

bu-dunyaya-musbet-tesir-edecek
Oxunma sayı: 1430

“Rəsmi Moskva ABŞ prezidenti Donald Trampın administrasiyası ilə bərabərlik prinsipinə əsaslanaraq iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində əməkdaşlığa hazırdır”.

Qafqazinfo”nun “İzvestiya” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.

Xarici işlər naziri Kremllə Ağ Ev arasında konstruktiv münasibətlərin inkişafının bütün dünyadakı vəziyyətə müsbət təsir edəcəyini söyləyib.