Bu dəfə xanım Obamadan Klintona dəstək

bu-defe-xanim-obamadan-klintona-destek
Oxunma sayı: 737

ABŞ-ın birinci xanımı Mişel Obama prezident postunda görmək istədiyi şəxsin adını açıqlayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xanım Obama noyabrda keçirilicək prezident seçkilərində keçmiş dövlət katibi Hillari Klintonu dəstəklədiyini deyib. M.Obama “Yalnız bir nəfər var ki, prezident olmaq üçün onun səriştəsi var və mən ona etibar edirəm. Bu Hillari Klintondur”,- deyə bildirib.

Birinci xanım onu da əlavə edib ki, H.Klinton Amerika xalqının xarakterini əks etdirir.

Aysel Kərimova