“Bu adam heç vaxt uduzmur” - Ağalarov Tramp haqda

bu-adam-hec-vaxt-uduzmur
Oxunma sayı: 4065

Müğənni Emin Ağalarov ABŞ prezidentliyinə namizəd Donald Trampı son qələbəsi münasibəti ilə təbrik edib.

Qafqazinfo” xəbər verir ki, instagram səhifəsində birgə fotolarını paylaşan Ağalarov Trampı “məğlubedilməz” kimi təqdim edib:

“O deyib ki, əgər mən qaçarsam, böyük ehtimalla qələbə çalaram və bu adam heç vaxt uduzmur. Biz bunu bilirdik və buna indi əminik. Donald Trampı Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi qələbəsini təmin etməsi inanılmaz xəbərdir”.

Qeyd edək ki, milyarder Trampla Ağalarovların əməkdaşlığı və dostluğu Moskvada ilk dəfə təşkil edilən “Miss Kainat” müsabiqəsindən sonra başlayıb. İndiki prezidentliyə namizəd Eminin kliplərindən birində də yer alıb.