Braziliyada üç günlük matəm - Təyyarə qəzasına görə

braziliyada-uc-gunluk-matem
Oxunma sayı: 2473

Braziliyanın Rio-de-Janeyro ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində Ali Məhkəmənin üzvü Teori Zavaski dünyasını dəyişib.

Məlumata görə, King Air təyyarəsi San-Paulu şəhərindən uçub və Parati kurort şəhəri yaxınlığında dənizə düşüb.

Prezident Mişel Temer hadisə ilə bağlı üçgünlük atəm elan edib.

Qeyd edək ki, Zavaski anti-korrupsiya araşdırmalarında yaxından iştirak edirdi. Bu araşdırmalar nəticəsində Braziliyada eləcə də bir çox Latın Amerikası ölkərində siyasətçilər və top menecerlər istintaqa cəlb olunub.