Braziliyada həbsxanadan 200 məhkum qaçdı

braziliyada-hebsxanadan-200-mehkum-qacdi
Oxunma sayı: 840

Braziliyanın Santa-Katarina ştatının Jardinopolis şəhərində həbsxanalardan birində məhbusların kütləvi qiyamı baş verib.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, onlar döşəkləri yandırıb, daha sonra 4 metr hündürlükdəki hasarları qıraraq qaçmağa başlayıblar.

Mühafizəçilər atəş açaraq qaçan məhkumları tutmağa çalışıblar. Onlardan bir neçəsi şosedə saxlanılıb, 1 məhbus isə qaçmaq istəyərkən ölüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.