Braziliya Senatı prezidenti istefaya göndərdi

braziliya-senati-prezidenti-istefaya-gonderdi
Oxunma sayı: 1258

Braziliya Senatı ölkənin prezidenti postundan müvəqqəti uzaqlaşdırılan Dilma Russeffn impiçmentini təsdiqləyib.

Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Russeffin prezidentlikdən getməsinin lehinə 61 senator, əleyhinə isə 21 senator səs verib.

Dövlət başçısı postunu 2018-ci ilin axırına qədər baş nazirin müavini Mişel Temer tutacaq.

Qeyd edək ki, Dilma Russeff hökumətin hesablarının manipulyasiyasında və 2014-cü ildə özünün seçkiqabağı kampaniyası zamanı dövlət xərclərini artırmaqda ittiham olunur.