BMT elçisi atəşkəsi uzatmağa çağırdı - Yəməndə

bmt-elcisi-ateskesi-uzatmaga-cagirdi-
Oxunma sayı: 1061

BMT elçisi İsmayıl Əl Şeyx Yəməndə tərəfləri atəşkəsi daha üç gün uzatmağa çağırıb.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT elçisi bəyanatında bildirib.

“Atəşkəs rejiminə nəzərə çarpacaq dərəcədə əməl olunub. Son günlərdə ərzaq və humanitar yardımlar əvvəllər BMT nümayəndələrinin gedə bilmədiyi ünvanlara çatdırılıb”,- deyə İsmayıl Əl Şeyx qeyd edib.

“Biz istərdik ki, növbəti bir neçə gün ərzində yardımların daha geniş əraziyə çatdırılmasına nail olaq. Bu səbəbdən tərəfləri rejimin (atəşkəsin-red) ən azı 72 saat uzadılmasına çağırıram”,- BMT elçisi əlavə edib.

Qeyd edək ki, Yəməndə oktyabrın 19-dan elan edilən 72 saatlıq atəşkəs bitib.