Bişkekdə rusiyalı diplomatlar qəzaya düşdü

biskekde-rusiyali-diplomatlar-qezaya-dusdu
Oxunma sayı: 638

Rusiyanın Qırğızıstandakı səfirliyinin iki əməkdaşının avtomobili Bişkekdə yük mikroavtobusu ilə toqquşub.

Qafqazinfo”nun məlumatına görə, bu barədə “Ria Novosti”yə diplomatik nümayəndəliyin mətbuat katibi Darya Paxomova bildirib.

Onun sözlərinə görə, hazırda qəza yerinə səfirliyin nümayəndələri yollanıb.

Mətbuat katibi diplomatların vəziyyəti haqda məlumat verməyib.

“Sputnik Qırğızıstan” xəbər verir ki, diplomatlara məxsus “Toyota Prado” markalı avtomobil Manas hava limanına gedən yolda “Mercedes-Benz Sprinter”lə toqquşub.