Binəli Yıldırım Davudoğlunu təkrarladı - Fotolar

bineli-yildirim-davudoglunu-tekrarladi
Oxunma sayı: 3944

Binəli Yıldırım baş nazir postuna seçiləndən sonra ilk dəfə İstanbula səfər edib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, B. Yıldırım xanımı Semiha Yıldırımla birlikdə Adnan Menderes, Fatih Rüştü Zorlu, Hasan Polatkan, Turqut Özal və Necmettin Erbakanın məzarını ziyarət edib.

Xatırladaq ki, Əhməd Davudoğlu da baş nazir təyin olunduqdan sonra İstanbula gəlişində ilk olaraq həmin şəxslərin məzarlarına baş çəkmişdi.