Bəşər Əsədin başına 3 milyon qoydular

beser-esedin-basina-3-milyon-qoydular
Oxunma sayı: 2185

Suriya prezidenti Bəşər Əsədin başını gətirən şəxsə 3 milyon avro mükafat vəd edilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir vədlə Suriyada fəaliyyət göstərən və Əl Qaidəyə bağlı Əl Nusra təşkilatı çıxış edib. Təşkilat Bəşər Əsədlə yanaşı, Hizbullahın lideri Hassan Nasrallah üçün də 2 milyon avro sözünü verib.

Əl Nusra liderinin bu təklifi YouTube vasitəsi ilə səs yazısı şəklində yayılıb. Təşkilat lideri Əl Culani onları öldürən şəxsin ailəsi ilə birgə təhlükəsizliyini təmin edəcəklərini bildirib.