Beş ölkə Rusiyaya qarşı sanksiyaları artırdı

bes-olke-rusiyaya-qarsi-sanksiyalari-artirdi
Oxunma sayı: 1176

Ukrayna da daxil olmaqla 5 ölkə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin rəsmi saytında məlumat yerləşdirilib.

“Avropa İttifaqına üzv dövlətlər Çernoqoriya və Albaniya, Avropa Azad Ticarət Assosiasiyasına üzv- ölkələr Lixtenşteyn və Norveç, Avropa İqtisadi Zonasının üzvü Ukrayna Şuranın Rusiya ilə bağlı sanksiya qərarına qoşulub”, - sənəddə bildirilir.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları 2017-ci il martın 15-dək qüvvədədir.