Bərzani İstanbula gedib - Ərdoğanla görüşür

berzani-istanbula-gedib
Oxunma sayı: 1541

İraq kürdlərinin lideri Məsud Bərzani İstanbula rəsmi səfərə gedib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, şəxsi təyyarəsilə Atatürk Hava Limanına enən Bərzanini Türkiyə XİN-nin səlahiyyətli şəxsləri qarşılayıblar.

O, prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Mabeyn köşkünə yollanıb. Tərəflər arasında görüş mətbuata qapalı keçirilir.

Görüşdə PKK terror təşkilatının İraqdakı mövqeyi, Suriya və Mosuldakı son vəziyyət müzakirə olunacaq.

M. Bərzani Ankarada baş nazir Binəli Yıldırımla da görüşəcək.