Belçikada qatar relsdən çıxdı - Ölən və yaralananlar var

belcikada-qatar-relsden-cixdi
Oxunma sayı: 784

Belçikada sərnişin qatarının relsdən çıxması nəticəsində xəsarət alanların sayı 27-yə çatıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Libre Belgique” qəzeti məlumat yayıb.

Hadisə Levena şəhərində qeydə alınıb. Üç vaqondan ibarət olan elektrik qatarı relsdən çıxıb. Nəticədə 1 nəfər ölüb, daha 27 nəfər isə xəsarət alıb. Yaralananlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Qəza nəticəsində qatarların hərəkəti dayandırılıb. İnsidentin baş vermə səbəbləri araşdırılır