Belçika səfiri Rusiya XİN-nə çağırıldı

belcika-sefiri-rusiya-xin-ne-cagirildi
Oxunma sayı: 629

Belçikanın Moskvadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, səfirin XİN-ə çağırılması Belçika hərbi aviasiyasının Suriyanın dinc sakinlərinin bombalanması olayında iştirakı ilə bağlıdır.

Qeyd edək ki, bu günlərdə Rusiya Müdafiə Nazirliyi Belçikanın Moskvadakı səfirliyinin müdafiə üzrə attaşesini nazirliyə çağırmış və ona bu ölkənin hərbi-hava qüvvələrinə aid F-16 təyyarələrinin Hələbə hava hücumları endirməsinə dair faktlar təqdim etmişdi. Həmin hava hücumlarında bir neçə mülki vətəndaşın öldürüldüyü bildirilir.

Belçika Müdafiə Nazirliyi isə təyyarələrin onlara məxsus olmasını inkar etmişdi.