Belarusa məxsus təyyarə yandı

belarusa-mexsus-teyyare-yandi
Oxunma sayı: 766

Belarusun Bobruyski aerodromunda Hərbi-Hava Qüvvələrinə məxsus “MiQ-29” tipli təyyarə havaya qalxmağa hazırlaşarkən onun mühərrikində yanğın baş verib.

Qafqazinfo” xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, insident təyyarə təlim uçuşu həyata keçirərkən baş verib.

Məlumatda qeyd olunur ki, pilot və uçuş rəhbərinin səriştəsi nəticəsində yanğın daha ağır nəticəylə yekunlaşmayıb: “Heç kim xəsarət almayıb. Təyyarə aerodromun ərazisini tərk etməyib”.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.