Batumi aeroportunda terrorçu saxlanıldı

batumi-aeroportunda-terrorcu-saxlanildi
Oxunma sayı: 956

İnterpolun axtarışa verdiyi, ABŞ vətəndaşı olan terrorçu Gürcüstanda tutulub.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, 39 yaşlı şəxs Batumi beynəlxalq hava limanında saxlanılıb. Bu barədə Gürcüstanın DİN-i rəsmi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs Özbəkistan cinayət məcəlləsinin bir neçə maddəsi- sursatlarının qanunsuz götürülməsi, kriminal təşkilatın yaradılması, terror və təxribat hücumlarının həyata keçirilməsində ittiham edilir. Hazırda həmin şəxsin Özbəkistana ekstradisiyası üçün prosedurlara başlanıb.

Aysel Kərimova